198

"Reina" terrorçusu saxlanıldı — VİDEO

dunya

İstanbulun "Reina" gecə klubunda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Ölkə.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Əbu Məhəmməd Xorasani" kod adlı Abdulkadir Maşaripov əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalanıb. Onunla birgə daha 3 nəfər tutulub.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. İki gün sonra məlum olub ki, hadisəni törədən şəxs ötən ilin noyabr ayında ailəsi ilə birlikdə Konyaya gəlib.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.


OXŞAR XƏBƏRLƏR:

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Saytda axtarış

Back to Top