228

Nigeriyada qaçqın düşərgəsi bombardıman edildi — 50-dən çox ölü, 120 yaralı

dunya

Nigeriyanın şimal-şərq hissəsində Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə “Boko Haram” terrorçularına qarşı əməliyyat zamanı səhvən qaçqın düşərgəsinə aviazərbə yetirib.

Bombardıman nəticəsində 50-dən çox insan ölüb, 120 nəfər isə yaralanıb. Dərhal hadisə yerinə həkim briqadaları, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri göndərilib.

Ölənlər arasında “Sərhədsiz həkimlər” və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin də olduğu bildirilir.

Qeyd edək ki, Nigeriyada “Boko Haram” terror təşkilatı ilə mübarizə aparmaq üçün koalisiya qüvvələri döyüşür.

OXŞAR XƏBƏRLƏR:

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Saytda axtarış

Back to Top