237

“Samsung” yeni 5G modem təqdim edib

dunya

“Samsung” yeni 5G modem təqdim edib
“Samsung” şirkəti dünyada ilk kütləvi 5G modemini təqdim edib. Yeni modemin əsas özəlliyi mobil şəbəkədə məlumatların çox yüksək sürətlə ötürülməsidir.

Realpress xeberlertv.com-a istinadla xəbər verir ki, “Exynos Modem 5100” modemi 6 QHs diapazonunda 2 Qbit/s-dək, millimetrlik diapazonda isə 6 Qbit/s-dək maksimum qoşulma sürətini təmin edə bilər. Bu, 4G şəbəkəsinin imkanlarını müvafiq olaraq 1,7 və 5 dəfə üstələyir. Yeni avadanlığın sınaqları aparılır. Artıq reallığa yaxın şərtlər daxilində 5G stansiyası və modemin prototipi arasında məlumatların ötürülməsi həyata keçirilib.

Modem, həmçinin “2G GSM/CDMA”, “3G WCDMA”, “TD-SCDMA”, “HSPA” və “4G LTE” şəbəkələri ilə uyğunluğu saxlayacaq. Beləliklə, 5G əhatə dairəsi olmadıqda istifadəçi rabitəsiz qalmayacaq

OXŞAR XƏBƏRLƏR:

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Saytda axtarış

Back to Top