ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Özünü öldürmək istədi, xilas olundu

Baxış Sayı:16

Özünü öldürmək istədi, xilas olundu

Bu gün səhər saatlarında Bərdə şəhərində intihara cəhd hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, çoxsaylı xəstəliklərdən əziyyət çəkən Nəsirov İlham Cavanşir oğlu sağ ayağındakı diabetik qanqrenadan sonra həkimlərin amputasiya edilməsi zərurətini deməsindən depressiyaya düşərək özünə qəsd etmək istəyib.

O, Heydər Əliyev prospektində özünü yandırmaq istəyərkən ətrafdakı adamların müdaxiləsi ilə buna imkan verilməyib.

Ayda 233 manat təqaüd alan ikinci qrup əlil olan İlham Nəsirovun xəstəlikdən dolayı son zamanlar əsəbləri pozulub və psixi durumu qaydasında deyil. Ayağının amputasiya olunacağı ehtimalındansa, tamamilə şoka düşərək özünə qəsd etmək istəyib.

Əldə etdiyimiz son məlumata görə, İ.Nəsirovun vəziyyəti normaldır və həyatına heç bir təhlükə yoxdur.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR