ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

"Azəriqaz"dır günahkar, yoxsa?.. - AKTUAL

Baxış Sayı:11

"Azəriqaz"dır günahkar, yoxsa?.. - AKTUAL

Bu günlərdə respublikada ağır qəza olub. Avtomobil yolun qırağından keçən qaz turbasına çırpılıb və nəticədə bədbəxt hadisə baş verib. Nəqliyyat eksperti, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradı bu barədə özünün “Facebook” hesabında yazıb. O, çıxış yolunu da göstərib:

“Son vaxtlar, yəqin ki, belə xəbərləri tez-tez eşidirsiniz və ya görürsünüz. Hansısa rayonda maşın yoldan çıxaraq aşıb, yolun kənarından keçən qaz xəttini zədələyib, kəndlər qazsız qalıb. Adama deyərlər, qaz xəttinin yolun kənarında nə işi var axı? Ya biraz zəhmət çəkib hündürdən apar ki, maşın yoldan çıxanda dəyib aşırmasın, ya da yerin altından apar. Dəhşətdir, vallah. Bu yolun sahibi niyə çıxıb demir ki, bura yoldur, yol çiynidir, yolların mühafizə zolağıdır, Həsən dayının dəyirmanı deyil axı”.

E.Muradlı qaz xəttlərinin yolun qırağında çəkilməsinin əleyhinədir:

“Yol strateji obyektdir. Qorunmalıdır. Daha kimin əlinə nə keçdi gətirib yola dürtməməlidir. Kəndləri qazlaşdırmaq yaxşıdır, amma daha belə də yox də. O boruları daha təhlükəsiz formada çəkmək olar. Nə qəzaya düşən maşın borunu dağıdar, nə də maşın xurd-xəşil olar. Biz deyirik, yollar təhlükəsiz olsun, qəzada ağırlıq dərəcəsi aşağı olsun, kimsə də bunun tam tərsini edir...”.

Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədovun fikrincə isə çıxış yolu bu deyil. O, “Sherg.az”a fikirlərini bildirib:

“Məncə, qaz xəttlərinin çəkilməsi üçün ən yaxşı yol elə yol kənarıdır. Bundan daha yaxşısı mümkün deyil. Çünki belədə xəttlər həm də korroziyadan mühafizə olunur. Qaz xəttinin yer altından çəkilməsinin öz, daha çətin problemləri var. Həm də fərqi nədir ki, orda qaz turbası olmasa idi, maşın qonşunun həyətinə girəcək, evə dəyəcəkdi”.

S.Məmmədov başqa təklif verib:

“Həmin ekspertlə razı deyiləm. Sadəcə ikinci dərəcəli, qəsəbədaxili yollarda sürət həddi saatda 50 kilometrdən çox olmamalıdır. Sürücülər maşını diqqətli idarə etməlidirlər. Kimsə avtoşluq edirsə, kommunikasiya xəttini çəkəni yox, sürücünü məsuliyyətə cəlb etmək lazımdır”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR