ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Məktəbəhazırlıq qruplarına qeydiyyat sentyabrın 24-dək davam edəcək - Diqqət!

Baxış Sayı:10

Məktəbəhazırlıq qruplarına qeydiyyat sentyabrın 24-dək davam edəcək - Diqqət!


Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi 24 sentyabr tarixinədək davam edəcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər.

Qeyd edək ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR