131

Şərlənərək həbs edilən Laçın sakini danışdı-VİDEO

gundem / bolge

Şərlənərək həbs edilən Laçın sakini danışdı-VİDEO

Müqabil Baxışov rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərlinin qurduğu plana uyğun olaraq həbs olunub.

Cənab Prezident ! 1992-ci ilin may ayında Laçın erməni təcavüzünə məruz qaldı və rayon əhalisi 54 rayon və şəhərdə məskunlaşdı. Biz laçınlıların taleyinə yazılmış köçkünlük illərinin ən dəhşətli dövrü 1992-1993 cü illər oldu. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütövlükdə Azərbaycan xalqı kimi biz məcburi köçkünlərində problemləri həll olunmağa başladı. Ötən bu illər ərzində Azərbaycan Respublikasının yüksəlişi sayəsində çadır şəhərcikləri ləgv edildi, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyətinin mənzil şəraiti yaxşılaşdırıldı. Cənab Prezident, sizin 2019-cu ilin fevral ayı ərzində imzaladığınız fərman və sərancamlar, verdiyiniz tapşırıq və tövsiyyələr sizin Azərbaycan xalqına olan sevginizi, xalqla birliyinizi bir daha sübut etdi.
Cənab Prezident, köçkünlük illərinin ən dəhşətli anlarında belə yaşamaq ümüdimizi, doğma yurd yuvamıza qayıtmaq ümidimizi itirməmişdik. Lakin 03.03.2016-cı il tarixdən bütün ümidlərimiz məhv oldu. Belə ki, Soltan bəy kimi xalq qəhramanını, Xosrov bəy, Nurməmməd bəy Şahsuvarov kimi siyasi xadimi və elm adamını Azərbaycana bəxş etmiş Laçına Aqil Nəzərlinin başçı təyin olunması bütövlükdə Laçına və Laçın ziyalısına təhqir idi. Mən hesab edirəm ki, siz Aqil Nəzərlini qəbul edib, onun savadına və elementar insani davranışına diqqət yetirsəydiniz heç zaman onu Laçına icra başçısı təyin etməzdiniz.
Cənab Prezident, Aqil Nəzərlinin Laçına başçı təyin edilməsi ona görə Laçına qayıtmaq ümidlərimizi məhv etdi ki, onun yaxın qohumları, qayınatası Güləbirdli Vaqif, Qarabağ müharibəsi zamanı vətənə xəyanət etmişdir. Çox təəssüf hissi ilə qeyd etməliyəm ki, Vaqif Cabbarovu keçmiş MTN-nin zirzəmisindən xilas edib, özünə ferma müdiri təyin etmiş məmur, Aqil Nəzərlinin Laçına başçı təyin olunmasına da nail ola bildi. Bunun nəticəsidir ki, Aqil Nəzərli Qarabag qazilərinə, veteranlara qan udurur.
Cənab Prezident, Aqil Nəzərlini Laçına başçı təyin etdiyiniz gündən bu köçkün rayonda korrupsiya, rüşvətxorluq, əli əyrilik, yerlibazlıq, qohumbazlıq hakim kəsildi. Ötən bu son 3 il ərzində Laçın təhsili, səhiyyəsi korrupsiya çirkabında boğuldu.
Cənab Prezident, 3 il ərzində sizə yüzlərlə müraciətlərim olub, Azərbaycan Respublikasının heç bir hüquqi olmayan vətandaşıyam. Sizdən xahiş edirəm, vaxt ayırıb 5 dəqiqə məni qəbul edin.

OXŞAR XƏBƏRLƏR:

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Saytda axtarış

Back to Top