184

Ehtiyatda olan zabitin atasından - PREZİDENTƏ MÜRACİƏT

gundem / bolge

Ehtiyatda olan zabitin atasından - PREZİDENTƏ MÜRACİƏTMöhtərəm Prezident gördüyünüz işlər və apardığınız islahatları dəstəkləyir və alqışlayırıq. Cənab Prezident 2 ildir ki, Laçın rayonunu saxta diplomlu hərbi xidmətdə olmamış başçısı Aqil Nəzərlinin oğluma və ailəmizə qarşı şanatj xarakterli şər böhtanlarından əziyyət çəkirik. 2 ildir ki, mütamadi müraciətlər etsəkdə heç bir cavabsız və nəticəsiz müraciətlərdən ümidimizi itirmişik. Oğlum Tanırverdiyev Fizuli Sizin Davosda Məsud Bərzaniylə görüşünüzdə çəkilmiş şəkilləri paylaşdığı üçün milli mənsubiyyəti hədəf alınaraq A.Nəzərli tərəfindən müxalif sayıtlarda şantaj edilərək şərlənərək işdən çıxarılmışdır. A.Nəzərlinin bunu etməsinə səbəb oğlumun A.Nəzərlinin qanunsuz əməllərini, hərbi xidmətdə olmamasını, diplomunun saxta olmasını və Ulu Öndərimiz haqqında Milli Qurtuluş gününə həsr edilmiş 15 iyun 2017 ci il Laçın rayon tədbirində söylədiyi şantaj fikirlərini sizə çatdıracağından qorxduğu üçün etmişdir.
Cənab Prezident Sizdə bir atasınız, Ulu Öndərimizin oğlusunuz, Ulu Öndərimiz söyləyirdi ki, dövlət iki şeydən sarsıla bilər, günahkar cəzasız qalanda və günahsız cəza alanda.
Bu gün günahkar cəzasız qalıb oğlum günahsız olduğu halda cəzalandırılıb. oğlum 26.09.2017-ci il tarixdə haqqında yazılanlar barədə millət vəkilimiz Aqil Abbasa Ədalət.az sayıtında müsahibə verərək açıqlama vermişdir. Amma buna baxmayaraq istintaq orqanı A.Nəzərlinin sifarişlərini icra etmişdir. Cənab Prezident bu barədə araşdırma aparılaraq ədalətin bərpa edilməsinə göstəriş verməyininizi xahiş edirəm.

Məcburi köçkün,müharibə veteranı : Tanırverdiyev Əmir

Açıqlamanı və linkini ntəqdim edirik.

http://www.adalet.az/w137105/_AY_LA%C3%87IN,_CAN_LA%C3%87IN,_CAN_S%C6%8FN%C6%8F_%E2%80%A6/?fbclid=IwAR0ZI6TZAk9idVzZGYA_FRR2FHdjNWUTzgtI8aNBvfnb6bsUC6uZAJEhpow#.XIZDD8kza1t
AY LAÇIN, CAN LAÇIN, CAN SƏNƏ …
… yüzlərlə can da qurban verdik, səni qoruya bilmədik, Laçın.
23897 | 2017-10-13 15:43 Şriftin ölçüsü: A+ Böyütmək A+ Balacalaşdır
Səndən başqa biz hamımız ölə billik…

Səndən başqa biz hamımız ölə bilmədik, amma biz hamımız ölsəydik də, qorumağa gücümüz çatmazdı. Əliyalın Laçın, üstünə gələn düşmən isə ən müasir silahlarla, tanklarla, raketlərlə gəlir, arxasında da Rusiya başda olmaqla dünya gücləri durub. Nə isə…

İşğaldan sonra Laçın camaatı əsasən Ağcabədiyə sığındı. Burda dədə-baba qışlaqları vardı, həmin qışlaqlara. Nə zülm, nə əziyyət… Amma sonra ölkənin iqtisadi gücü artdı, Taxtakörpü deyilən yerdə böyük bir qəsəbə salındı və eləcə də ərazidə başqa qəsəbələr salındı, hər cürə də şərait yaradıldı. Amma Laçınsız Laçın...

Həmin Laçınsız laçınlılardan biri də adı son zamanlar gündəmdən düşməyən Füzuli Tanrıverdiyevdir. Saytlarda və sosial şəbəkələrdə onu «Vətən xaini» adlandırıb az qala güllələnməsini tələb edirlər. Bunun kökündə də Füzulinin Möhtərəm Prezidentimiz İlham Əliyevlə Bərzaninin görüşdüyü bir şəkli paylaşması durub.

F.Tanrıverdiyev özü Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışır. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Yeni Azərbaycan Partiyasının üzvüdür, milliyyətcə də kürddü.

Redaksiyamıza bir məktub ünvanlamışdı. Dəvət elədik, redaksiyaya gəldi və məsələyə aydınlıq gətirməsini istədi.

- 2014-cü ilin martından hüquq şöbəsinin müdiri işləyirəm. İndiyə qədər heç bir qanun pozuntusuna yol verməmişəm, rəhbərlik tərəfindən heç bir intizam cəzası almamışam.

- Yaxşı, onda bu nə məsələdi ki, belə partladı?

- Facebook sosial şəbəkəsində sentyabr ayında iki profildən insanların arasında çaşqınlıq yaradacaq statuslar və rəylər yazılırdı. Belə yazıların birində kürd millətinin ünvanına qeyri-etik və xoşagəlməz ifadələr yazılmışdı. Mən də buna öz etirazımı bildirdim. Türklə kürd qardaşdılar və həmişə də qardaş olaraq qalacaqlar. Kimlərsə bu xalqların arasına nifaq salmağa çalışır və istəyinə də az-çox nail olurlar, necə ki çanağı da mənim başımda sındırdılar. Sentyabrın 25-də gecə saatlarında həmin profillərdən mənə məxsus profilimə bir link göndərildi. Mən əhəmiyyət vermədim, cavab da yazmadım. Sentyabrın 26-da isə bəzi saytlar mənim haqqımda həqiqətə uyğun olmayan yazılar dərc etdilər.

- Bəs, sizin fikirlərinizi öyrənmək istəmədilər?

- İstəyənlər oldu, amma mən bildirdim ki, heç bir açıqlama verməyəcəm. Buna baxmayaraq, mənimlə telefon əlaqəsi saxlayan bəzi jurnalistlər açıqlama verməməyimə baxmayaraq, telefonda danışdığımı təhrif etdilər və öz saytlarında öz düşündükləri kimi də açıqlama verdilər. Onlar məni elə təqdim etdilər ki, sanki Şimali İraqdakı Kürdüstan muxtar vilayətində referendumu mən keçirmişəm, Kərkükü də mən işğal etmişəm, Məsud Bərzani də mənim diqtəmlə oturub-durur.

- Bəs, şəkil paylaşmısız axı?..

- Nə şəkil paylaşmışam ki?! Möhtərəm Prezidentimizlə Məsud Bərzaninin görüşdüyü bir şəkildi. Burda bir cinayətmi var və yaxud təxribatmı var? Əgər bu gün hansısa bir şəkil paylaşmaqla nəsə qazanmaq olarsa onda gəlin Cənubi Azərbaycana, Dərbəndə, Borçalıya, Göyçəyə, Vediyə, Zəngəzura, İrəvana, Qarabağa aid şəkilləri paylaşaq, beləliklə də dədə-baba torpaqlarımızı geri qaytaraq. Əgər mən öz milli mənsubiyyətimi sevməsəm, istəməsəm, deməli, o zaman bu o deməkdir ki, heç bir xalqı, heç bir milləti istəmirəm. Allah məni kürd yaradıbsa, burda mənim günahım nədi?

- Referendumu dəstəkləmək söhbəti…

- Ay qardaş, nə dəstəkləmək? İndi bir şəkil paylaşmaqla separatçımı olduq? Deyək ki, bir-iki gün ərzində şəkil profildə olub. Mənim 38 yaşım var, bu 38 il necə adlanır?

- Əsgərlikdə olmusuz?

- Əlbəttə. Özü də bir zabit kimi Milli Ordumuzun şərəfini qorumuşam və bu gün də qorumağa hazıram. Özü də bilirsiz harda qulluq eləmişəm? Daşkəsəndə, təmas xəttində səngərlərdə. Səngəri də öz arzumla seçmişdim. Müdafiə nazirindən xahiş eləmişdim ki, məni ən çətin şəraiti olan bir bölgəyə, düşmənlə üzbəüz bir səngərdə xidmətə salsın. Kürdlər hər zaman Azərbaycana sadiq olublar. Bir yerdə düşmənə qarşı vuruşublar. Nə qədər şəhid veriblər, neçə Milli Qəhrəmanı var. Bu, bu gün də belədir, sabah da belə olacaq. Biz dövlətimizə, dövlətçiliyimizə, Ulu Öndərimiz Heydər Əliyev ideyalarına, Möhtərəm Prezidentimiz İlham Əliyevə sadiqik, hər zaman da Vətən yolunda canımızdan keçməyə hazırıq. Mən aldığım ali təhsilə, həyatda tutduğum vəzifəyə və mövqeyə görə doğma Azərbaycanıma borcluyam. Və həyatda bütün qazandıqlarıma görə Möhtərəm Prezident cənab İlham Əliyevə minnətdaram. Ali Baş Komandan olaraq onun döyüş əmrini gözləyən zabitlərdən biri də mənəm.

Mən Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycan Prezidentinə ömür boyu sadiq olmağımla fəxr etmişəm və bu gün də bu sədaqət yüksələn xətt üzrə artmaqda davam edir.

- Amma saytlarda belə bir açıqlamanı da yaymışdılar ki, deyirsən «mən Füzuli Tanrıverdiyevəm və sözümün üstündə dururam». Bu da anlaşılmadı.

- Qoy bu suala onu yazan jurnalist özü cavab versin. Mənimlə telefonda nə danışıb? Həmin lenti çıxarsın ortaya və olduğu kimi paylaşsın. Qoy görsünlər ki, mən hansı məsələyə görə bu sözü demişəm. Bu ikimizin arasında olan bir söhbətdi, özü də tamamilə başqa bir məsələdi. Mən o məsələni sizə də açıqlamaram. Çünki iki kişinin arasında olan söhbəti ictimailəşdirməyi özümə sığışdırmıram. Buyursun, həmin lenti yayınlasın. Amma montaj eləmədən, olduğu kimi. Amma heç mən də istəmərəm ki, o bunu yayınlasın. Gərək belə eləməyəydi, mənim dediklərimi ümumi kontekstdən çıxarıb yayınlamayaydı.

- Siz hüquqşünassınız, niyə məsələni hüquqi müstəvidə həll etmirsiz?

- Bir daha deyirəm, bəzi müxalifyönlü saytların mənim barəmdə yaydığı məlumatlar yalandı, böhtandı, tamamilə əsassızdı. Həddən artıq şişirdilmiş, diqqət cəlb etmək üçün məxsusi şəkildə qabardılmış və məqsədli şəkildə yayılmış məlumatlardı. Qaldı hüquqi müstəviyə, mən dörd dəfə Laçın rayon rəhbərliyinə, rayon icra hakimiyyətinə qarşı yazılmış məqalələrlə bağlı, daha dəqiq desək, böhtan və iftiralarla bağlı bir hüquq şöbəsinin müdiri kimi məhkəməyə müraciət etmişəm. Həmin məhkəmələrin dördünü də udmuşam. Hələ jurnalistlərdən biri böhtan və təhqirə görə həbs də olunub. Mən orda Laçının, Laçın camaatının mənafeyini güdmüşəm. Özüm isə Laçının bir fərdiyəm, qoy yazsınlar. Məhkəməyə verməyəcəm, amma Laçının və laçınlıların mənafeyinə toxunulacaq hər hansı bir məqalə, bir yazı olarsa yenə də mən məsələni hüquqi müstəviyə çıxararam. Türklərin yaxşı bir şüarı var, kürd-türk qardaşdı, bu qardaşlığı pozmaq istəyənlər isə kalleşdir. Bu qardaşlığın arasına girmək istəyənlər, nifaq salmaq istəyənlər isə ətlə-dırnağın arasına girmiş çöp kimidir. Bir az ağrıdar, amma sonra özü çürüyüb düşər.

Və sonda bir söz də demək istəyirəm. Hörmətli millət vəkilimiz Fazil Mustafa mənim haqqımda «harınlamış məmur» ifadəsi işlədib. Hörmətli millət vəkilini məmnuniyyətlə yaşadığım evə dəvət edirəm. Gəlsin görsün harınlamış məmur hansı şəraitdə yaşayır. Ailəmlə Bərdədə çınqıl karxanasındakı yarıuçulu bir binanın iki otağına sığınmışıq. Möhkəm yağış yağanda da evdə vedrə-vanna qalmır, düzürük yağışın altına. Amma mən Fazil müəllimə həmin yaşadığım mənzildə gözəl bir laçınlı süfrəsi açaram.

P.S. Biz Füzuli Tanrıverdiyevin fikirlərini olduğu kimi sizə təqdim etdik. Sizlərin də fikrini təqdim etməyə hazırıq.



Əbülfət MƏDƏTOĞLU

OXŞAR XƏBƏRLƏR:

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Saytda axtarış

Back to Top