Sizin reklam burada
Sizin reklam burada

Neftçala Mərkəzi Xəstəxanasında nələr baş verir? - Sürücü ciddi faktlar açıqladı

Neftçala Mərkəzi Xəstəxanasında nələr baş verir? - Sürücü ciddi faktlar açıqladı



Neftçala Rayon Həsənabad qəsəbə sakini Neftçala Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü Babayev Ramil Nəriman oğlu tərəfindən Bizimxeber.az-a şikayət məktubu ünvanlanıb. Rayon sakini R.Babayev bildirir ki, bu ilin fevral ayında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının rayonda keçirdiyi məlum əməliyyatı zamanı Neftçala Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov həbs olunub. Hazırda xəstəxananın baş həkimi səlahiyyətlərini Elman Quliyevin həyata keçirir.

Vətəndaş bildirir ki, Elman Quliyev direktor əvəzi təyin olunandan ona qarşı ədalətsiz davranışlar sərgiləyir, hüquqlarını pozur və maliyyə pozuntuları həyata keçirir: "Elman Quliyev xəstəxananın Təcili Tibbi Yardım Şöbəsində qruplaşma yaradaraq qanunazidd hərəkətlər edir, maliyyə pozuntuları yaradaraq pandemiya pullarını düzgün verimir və ciddi narazılıq yaradır. Şəxsən mənim pandemiyada işlədiyim günlərə görə, əməkhaqqımın 3 misli qədər əlavə ödənişin verilməməsinin üzərindən sədd çəkib.

Mən mətbuat vasitəsilə ölkə Prezidenti cənab İlham Əliyevdən, baş nazir Əli Əsədovdan, Respublika Baş Prakuroru Kamran Əliyevdən və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevdən xahiş edirəm ki, rayon xəstəxanasındakı qanunsuzluqlarla bağlı araşdırma aparılması üçün yoxlama göndərsinlər. Yoxlama aparılsa rayon Mərkəzi Xəstəxanasında nələrin baş verdiyini öz gözləri ilə görəcəklər. Mühasibatçılıqda, Kadrlar şöbəsində, Təsərüfat hesabatlarında nələrin baş verdiyinin şahidi olacaqlar".

Şikayətçi bildirir ki, bu günə kimi etdiyi şikayətlərin araşdırılması səthi aparılıb: "Maliyyə Nazirliyinin Şirvan Regional İdarəsindən Maliyyə Nəzarət Xidmətinin müfəttişləri Elman və Ələkbər müəllim 20.02.2020 il tarixdə DTX əməliyyatinda həbs olunan Telman Zahidovun xəstəxanadakı rəhbərliyi dövründə araşdirma aparan zaman mənim də izahatimı aldılar. Bu zamani daha fəal görünən, nöqsanları bir-bir incələyəcəklərini deyən Elman günortadan sonra fərqli yanaşma sərgilədi. Onlar qanunazidd hərəkətləri kənara qoyub mənim haqqımı qaytarmaq, qaldırdığım ciddi yeyinti məsələlərini araşdirmaqdansa onların əməllərini ört-basdır etdilər. İndi buna nə ad vermək olar?!..."

Ramil babayev şikayət məktubunda konkret olaraq ona qarşı olunan qanunsuz əməllərdən bəhs edib: "Şəxsən mənim 937 manat pandemiya görə əməkhaqqımın 3 misli qədər əlavə pulum ödənilmir. Gələn yoxlama bizdən izahat alir, amma sonra başqa cür hərəkət edir, bunun bir sonu olmalıdırmı? Doğru-düzgün araşdırma aparılmır, təqsirkarlar cəzalandırılmır".

Müraciət məktubunda olduqca maraqlı və araşdırma tələb edən faktlar yer alır.

Bu faktları olduğu kimi təqdim edirik:
Neftçala Mərkəzi Xəstəxanasında nələr baş verir? - Sürücü ciddi faktlar açıqladı

1. Elman Quliyev Mətləb oğlu - Mənimlə şəxsi ədavət aparmaqla özünün səhv əməllərini görmür, Təcili Tibbi Yardim Şöbəsindəki böhran dolu problemlərin həllinə səthi yanaşır, düzgün mövqedə olduğum üçün 103 xidmətini operativ qaydada təşkil olunmasını tələb etdiyim üçün, pandemiya üzrə əməkhaqqlarının, sürücü-paramedik pulunun şəffaflıqla verilməsini tələb etdiyim üçün onun və ətrafindakı qanunsuz şəxslərin maraqlarına toxunur deyə məni Təcili Tibbi Yardim Şöbəsində sıxışdırmaq, işdən çixartmaq, ləkələmək üçün bütün imkanlarindan istifadə edir.
Neftçala Mərkəzi Xəstəxanasında nələr baş verir? - Sürücü ciddi faktlar açıqladı

2.Cavanşir Abdullayev Əbülfəz oğlu - narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə, Neftçala Rayon Polis Şöbəsində başlanılmış cinayət işi üzrə istintaq aparılmış və Neftçala Rayon Məhkəməsinin 09.10.2019 tarixli hökmü ilə barəsində 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdirilmasi cəzasi tətbiq edilmişdir. Amma göründüyü kimi Cavanşir Abdullayev Neftçala Təcili Yardim şöbəsini hələ də idarə edir, əməkhaqlarına müdaxilə edərək əl ilə pul alır, çoxlu miqdarda əmək haqqı alır, özünü TYŞ- nın ağası hesab edir. TƏBİB, İcbari Tibbi Sığorta Agentliyinin Hüquq Departamentinin rəhbərliyi, Səhiyyə Nazirliyinin Daxili Nəzarət Şöbəsi Abdullayev Cavanşiri hansı əsasla Təcili Yardımda üç vəzifədə olmaqla sürücü-mexanik-müdir kimi göstərir?! Hər ay 1500 manatdan çox pul alır. Axı bu adama 26.12.2021-ilə kimi qolbaq taxılıb həbs qoyulub, belə qanunazidd hərəkətləri məgər Elman Quliyev bilmir ki?!

Bu adam özünün rayondakı bəzi arxalı adamlarına güvənərək hegeomonluq edir, Maliyyə Müfəttişinin yanında Neftçala Mərkəzi Xəstəxanasının Baş Mühasibi Fuadın telefonuna zəng edib təhqir edir ki, niyə sən otağında icazə verirsən maliyyə müfəttişi izahat götürsün. Halbuki maliyyə müfəttişi özü məni çağırib. Bu qədər də özbaşinaliq olmaz. Bu narkotik satıcı Neftçala Təcili Yardım Şöbəsinin müdiri-mexaniki-sürücüsü-talançıdır, əxlaqsızcasına insanları təhqir edib özünü çirkin, yaramaz əməllərini görmədən işlədiyi cəmiyyətin sadəcə utanverici bir çirkli simasıdır.
Neftçala Mərkəzi Xəstəxanasında nələr baş verir? - Sürücü ciddi faktlar açıqladı

3.Bayram Bayramov - umumiyyətlə bu şəxs Təcili Tibbi Yardim Şöbəsinin rəhbəri olmaqla öz vəzifəsini tam icra etmir, iş mexanizmində səhvləri çoxdur. Bayram müəllimdən qanun tələb etdiyim üçün mənə qarşı aqressivdir. Çünki dürüst, nizam-intizama uyğun işləmək niyyətində olan biri deyil.

Neftçala səhiyyəsində təxribatçı qüvvələr var. Köhnə rejimlə işləməyi üstün tutan, hər ay gizlin gəlirlər qazanan bir qrup ara oyunçusunun qeyri-qanuni işlərinə son qoyulmursa onda bu daxili maliyyə saxtakarliqlari ilə mübarizə aparmağin nə faydası!!!

Neftçala Mərkəzi Xəstəxanasında sistemsizlikdir, haqqımız tapdalanır!

Şirvan (Hacıqabul) Regional Maliyyə müfəttişləri Elman və Ələkbər müəllim də düzgün araşdırma aparmır. 4 aydır çağırış edib müraciət edirik ki, gəlin buranı köklü yoxlayin. Onlar da gəlib bu qruplaşmaya haqq qazandırırsa, demək qanun Neftçala Mərkəzi Xəstəxanasinda işləmir və bir qrup oliqarxların maraqlarına xidmət edən iş üslubu yaradilib. İşçi halal əməkhaqqını düzgün ala bilmir. Talanan, saxtakarlıqlara məruz qalan yenə Dövlət büdcəsi və Xalqdır... Xəyanət isə davam edir.

Dövlətə sadiq insanlar, təhlükəsizliyimizin mövcudluğu üçün vuruşan insanlar bilir dürüstlük sədaqət, vəfalılıq nədir, xəyanət yaşanan yerdə qanunlarda heç olur....

Neftçala Mərkəzi Xəstəxanasının
Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü Babayev Ramil Nəriman oğlu

P.S
Müraciətdə adıkeçən şəxslərin ittihamlara cavab haqqını açıq saxlayırıq. Qeyd olunan faktların kifayyət qədər ciddi olduğunu nəzərə alaraq TƏBİB rəhbəri Ramin Bayramlının da mövqeyi arzuolunandır.

Bizimxeber.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ