ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Küçədə siqaret çəkənlər cərimələnəcək - RƏSMİ + YENİLƏNİB

Baxış Sayı:57

Küçədə siqaret çəkənlər cərimələnəcək - RƏSMİ + YENİLƏNİB




Daxili İşlər Nazirliyi (DİN) açıq havada siqaret qadağası ilə bağlı daha bir açıqlama verib.

DİN Mətbuat xidmətindən Report-a bildirilib ki, insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbə sıralarında açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz:

“Amma parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək qadağan deyil. Lakin insanlara tövsiyə olunur ki, siqareti daha çox siqaret çəkmək üçün müəyyənləşdirilmiş yerlərdə çəksinlər.


Küçədə, insanlardan kənarda siqaret çəkənlər cərimə olunmur. Sadəcə, öncədən yayılan məlumatlar koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün tövsiyə xarakterli xəbərdarlıqlardır“”.

Ölkədə noyabrın 21-dən açıq havada maska taxmaq məcburidir. Buna əməl etməyənlər 100 manat məbləğində cərimə olunur.

13:52

“Bütün hallarda küçədə maska taxmaq vacibdir. Maskadan düzgün istifadə etmək lazımdır”.

Bunu Xeberfakt.info-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O qeyd edib ki, Nazirlər Kabineti yanında operativ qərargahın da qərarında küçədə maska taxmağın məcburi olması qeyd edilib:

“Bir şəxs küçədə siqaret çəkərsə, mütləq cərimələnəcək”.

Qeyd edək ki, operativ qərargahın qərarına görə, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirusun (COVID-19) insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.

Bu tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

Küçədə maska taxılması ilə bağlı qərar qüvvəyə mindikdən sonra sosial şəbəkə iştifadəçiləri arasında açıq havada siqaret çəkən şəxslərin cərimə olunub-olunmayacağı məsələsi gündəmə gəlib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR