ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

"Unibank"da struktur dəyişikliyi olub

Baxış Sayı:92

"Unibank"da struktur dəyişikliyi olub

"Unibank"da struktur dəyişikliyi olub.

"MediaPost"un əldə etdiyi məlumata görə, bankın yeni Transformasiya Komitəsi yaradılıb. İdarə Heyəti Sədrinin 1-ci müavini İqor Okayev komitəsinin sədri seçilib. İdarə Heyəti Sədrinin müavini Fərid Abuşov və digər rəhbər şəxslər də daxil olmaqla komitəyə 14 üzv seçilib.

Qeyd edək ki, bununla da bankın daxili komitələrinin sayı 7-ə çatıb.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,7 milyon manatdır. Bankın səhmlərinin 86,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR