ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“Olympys Park” MMC sakinlərə qarşı... - GİLEY

Baxış Sayı:71

“Olympys Park” MMC sakinlərə qarşı... - GİLEY


Sakinlər binalarının sökülməsinə etiraz etdikləri üçün tikinti şirkətinin kimlikləri bilinməyən əməkdaşlarının onları döydüklərini deyirlər. Nərimanov rayonunda sifarişçisi “N-Turan” tikinti şirkəti olan bina pilot layihə adı altında sökülür. Binada yaşayan son bir neçə ailə tikintiyə etiraz edir. Sakinlər deyir ki, sənədlərdə “N-Turan” göstərilsə də, bu şirkət bonkrot olduğundan, əslində işi “Olympys Park” MMC aparır.

“Olympus” şirkətinin nümayəndəsi Rafiq Lətifov deyir ki, şirkət iki ilə binanı təhvil verməlidir. “Olympus Park” N-Turan şirkətinə tikintidə yardım göstərir.

Rafiq Lətifov mühafizəçilərin tikintinin təhlükəsizliyini qorumaq üçün cəlb olunduğunu deyir.

Məmmədovlar qardaşları deyir ki, mühafizəçilər onlara qol gücü tətbiq etsələr də, polis qardaşları saxlayıb.

Etiraz edənlər şirkətin vəsaiti olmadığını deyir, onu etibarsız hesab edirlər. Ona görə də evlərindən köçmək fikirləri yoxdur.

Mətbuatda gedən məlumatlara görə, “N-Turan” və "Olympus Park” tikinti şirkətinin adı mənzillərin 2 və daha artıq şəxsə satılmasında, razılığa gəlinməmiş, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılması kimi hallarda çəkilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR