ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Əli Həsənovdan sonra ELNUR ABDULLAYEV... - İTTİHAM

Baxış Sayı:104





Əli Həsənovdan sonra ELNUR ABDULLAYEV... - İTTİHAM

Həsənov vəzifəsindən azad olunması ilə onun özünə yaxın adamlar kimi ətrafına yığdığı və sözün əsl mənasında media bazarlığı ilə məşğul olan şəxslərin hamısı oyundankənar vəziyyətə salındı.

Çünki Əli Həsənovun rəhbərlik etdiyi İctimai Siyasi Şöbə tamamilə ləğv edilib, tarixin arxivinə göndərildi. Sonrakı dönəmdə yazılan materiallardan Əli Həsənovun zamanında media adı ilə hansı səviyyədə manipulyasiya olunduğu ortaya çıxdı. Amma problemlərin həll olunduğunu demək olmaz. Əli Həsənovun dönəmində viran qoyulan media mühitində indi də tamamilə başqa adamlar söz sahibi olmağa çalışır. Bu istiqamətdə cumhuriyyet.az olaraq apardığımız araşdırmaların nəticəsi təəssüf hissi doğurur. Belə ki, bizə daxil olan məlumata görə, media kimi kəsərli bir silah hazırda bu sahəyə heç bir aidiyyəti olmayan Elnur Abdullayev adlı adamın əlində cəmləşdirilir.

Əvvəl bu suala cavab tapaq: Elnur Abdullayev kimdir və onun aparıcı saytları satın almaqda hansı marağı ola bilər?

Bu şəxsin Ziya Məmmədovun dönəmində ” Nəqliyyatın İtellektual İdarəetmə Sistemi” və “Dövlət Avtomobil Nəqliyyat Xidməti” kimi mühüm və gəlirli postla rəhbərlik edib. Hətta Elnur Abdullayevin eks nazirlə yaxın qohumluq əlaqəsinin olduğu deyilir. Vəzifədən uzaqlaşandan sonra Elnur Abdullayevin səsi-sorağı Türkiyədən gəldi. Məlum oldu ki, Azərbaycanın sərmayəsi ilə orada “Haber Global” adlı bir televizya kanalı açılır və onun da başında məhz deyilən adam durur. Türkiyə böyük ölkədir, orada televiziya bazarına yeni yaradılan media qurumunu salmaq üçün 3-5 milyon yox, 100 milyonlarla vəsait lazımdır. Təbiidir ki, belə vəsaiti Azərbaycanda heç kim uğur vəd etməyən boş layihəyə ödəməzdi. Ötən iki il fəaliyyəti ərzində sözügedən televiziyanın Türkiyə kanallarının reytinq göstəricilərində autsayderlər sırasında olduğunu görürük. Deməli, bu nəticəyə gəlirik ki, “Haber Global” daha çox vəsait əldə edib mənimsəmək üçün üfürülmüş şardan başqa nəsə deyildi. Həmin televiziyanın ən böyük “uğuru” Azərbaycana aid olan xəbərlərin məhz sosial şəbəkələrin Azərbaycana aid seqmentində paylaşaması olur. Elnur Abdullayev telekanal adı ilə özünə maliyyə axınını həll etməklə işini bitirdi.
Sonrakı dönəmə diqqət edək. Bu dövrlə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalardan belə məlum olur ki, Azərbaycanda nisbətən İP-si çox olan saytlara qarmaq atıldı. Onlarla aparılan danışıqların məzmunu beləydi ki, saytlar 51-49 faiz pay bölgüsü ilə satılır Elnur Abdullayevin özünün kurasiyasında olan şirkətə. Bu minvalla Azərbaycanda bir çox saytlar satın alınaraq Elnur Abdullayevin kurasiyasına keçib. Yəni faktiki olaraq həmin saytların sahibi 51 faizlik payla Elnur Abdullayevdir. Bu saytların dərin analizi göstərir ki, orada digər vacib dövləti maraqlardan daha çox İP və yaxın çevrə maraqları daha çox güdülür. Məsələn, nurçu qalmaqalı ilə siyasi proseslərdən təcrid olunan şəxslərlə bağlı həmin saytlarda bir dənə də olsun tənqidi material getmir. Əksinə, həmin adamların yenidən reabilitasiyası üçün ciddi bir rəy formalaşdırmağa çalışılır. Müstəqilliyini itirərək zifləyən saytlara isə saxta trafik “pripiskaları” etməklə kimlərinsə qabağınbda hesabatın verildiyi açıq sezilir. Həmin cameəyə aid olan bəzi saytların analizi həm də onu deməyə əsas verir ki, bu cür media nümunələrindən Elnur Abdullayev və komadası daha çox özülərinə yaxın olan məmurların mühavizəsi, əks-qütbdə olanların isə “vurulması” üçün də məharətlə yararlıanırlar. Ortaya çıxan mənzərə ondan ibarətdir ki, Ziya Məmmədovun “vurulması”ndan sonra tutduğu vəzifədən uzaqlaşdırılan Elnur Abdullayev sabiq İMAM Elnur Aslanov kimi qınına çəkilib təyziqləri özündən uzaqlaşdırmır, əksinə, dirəniş göstərməkdə, bunu virtual mediada yeni saytlar və internet TV-lər yaradaraq nümayiş etdirməkdədir. Hər halda Əli Həsənovun dönəmində viran qoyulan media siyasətini, indi naşı Elnur Abdullayevin ümidinə buraxmaq olmaz.. //cumhuriyyet.net//

Oxşar xəbərlər
SON XƏBƏRLƏR