ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Kazinoda atışma: 2 nəfər öldü

Baxış Sayı:20

Kazinoda atışma: 2 nəfər öldü


ABŞ-ın Viskonsin ştatındakı bir kazinoda atışma nəticəsində iki nəfər ölüb, polis şübhəlini zərərsizləşdirib.

Realpress.info APA-ya istinadən bildirir ki, bu barədə FOX11 televiziya kanalı məlumat verib.


Məlumata görə, hadisə, Green-Bay adlanan ərazidə "Oneida" kazinosunda baş verib. Hadisə baş verən zaman atışma nəticəsində yeddi nəfərin yaralandığı bildirilmişdi.

Lakin polis rəsmisi Kevin Pavlak bildirib ki, şübhəli artıq polis tərəfindən vurulub:

"Polis şübhəlini vurdu, bu səbəbdən cəmiyyət üçün heç bir təhlükə yoxdur. Göründüyü kimi, bu təsadüfən atılan atəş olmayıb. Qəsdən törədilən cinayətdir. Hədəf müəyyən bir şəxs olub. Lakin həmin şəxs orda olmayıb. Bu zaman şübhəli şəxs onun dostlarına və həmkarlarına atəş etmək qərarına gəlib. Beləliklə iki nəfəri vurub öldürüb. Bir nəfər isə ağır yaralanıb".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR