168

Çempionlar Liqasında V tura start verilir

idman

Çempionlar Liqasında V tura start verilir Bu gün Çempionlar Liqasında V tura start veriləcək. Apasport.az saytının məlumatına görə, Avropanın 32 ən güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirmək üçün növbəti addımını atacaq.
Bu görüşlər 1/8 finala yüksələcək komandaların sayının artması ilə nəticələnəcək. Artıq ilk iki yerdən birini təmin edən PSJ, "Bavariya”, "Mançester Siti” və "Tottenhem”ə qoşulmaq şansına 12 komanda malikdir.
İlk oyun günündə E qrupunda yalnız bir vəsiqə sahibini tapa bilər. Bunun "Sevilya” - "Liverpul” görüşündə rəsmiləşməsi gözlənilir. Qalib gələn komanda 1/8 finala yüksələcək. Matç heç-heçə bitsə, İngiltərə təmsilçisi "Spartak”ın məğlubiyyəti sayəsində buna nail olacaq.
F qrupunda "Şaxtyor” 1/8 finala yüksələn ikinci komanda olmağa yaxındı. Bunun üçün Ukrayna təmsilçisi "Napoli”yə uduzmamalıdır. Hətta 2-dən artıq qol vurub, minimal hesabla uduzmaq da Donetsk təmsilçisini növbəti mərhələyə daşıyacaq.
G qrupunda "Beşiktaş”la "Porto” mərhələ adlamaq imkanına malikdi. Türkiyəlilər Portuqaliya klubuna uduzmasa, 1-ci yerlə 1/8 finala yüksələcək. Məğlubiyyət də onları növbəti raunda daşıya bilər. Bunun üçün "Leypsiq” də xal itirməlidir. Belə nəticələr qeydə alınsa, elə "Porto” da xoşbəxtlər arasına qoşulacaq.
"Real” H qrupundan 1/8 finala yüksələn 2-ci komanda olmaq üçün APOEL səfərindən qələbə ilə dönməlidir. Madridlilərə 1 xal da kifayət edə bilər. Amma bunun üçün "Borussiya” da xal itirməlidir.

OXŞAR XƏBƏRLƏR:

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Saytda axtarış

Back to Top