205

Milli Gimnastika Arenasında keçiriləcək “GymBala” turnirində 130-dan çox atlet iştirak edəcək

idman

Milli Gimnastika Arenasında keçiriləcək “GymBala” turnirində 130-dan çox atlet iştirak edəcək
Avqustun 18-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “GymBala” adlı beynəlxalq turnir start götürəcək.

Realpress AZƏRTAC-a istinadən xəbər verir ki, iki gün davam edəcək yarışlarda fərdi və qrup hərəkətləri proqramlarında 2011-2013-cü, 2008-2010-cu, 2006-2007-ci, 2003-2005-ci il təvəllüdlü atletlər məharətlərini göstərəcəklər.

Turnirdə təcrübəli gimnastlarla yanaşı, daha aşağı yaşlı idmançılar da çıxış edəcəklər. İştirakçılar həm çöxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Yayın son gimnastika yarışında ümumilikdə 130-dan çox, o cümlədən Bakı Gimnastika Məktəbinin, “Ocaq Sport”, “AyUlduz”, “Zirvə” idman klublarının, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin, eləcə də Sumqayıt, Zirə, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Göyçay, Şağan, Zaqatala, Zabrat, Şirvan təmsilçiləri ilə yanaşı, Qazaxıstandan, Ukraynadan və Misirdən olan gimnastlar da iştirak edəcəklər.

OXŞAR XƏBƏRLƏR:

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Saytda axtarış

Back to Top