298

“Rolls Roys” Azərbaycanda kimə rüşvət verib? - Beynəlxalq qalmaqal

maraqli

Avtomobil istehsalında dünya brendi olan “Rolls Roys” şirkətinin Azərbaycanda hökumət rəsmilərinə rüşvət verdiyi üzə çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Ədliyyə Nazirliyinin verdiyini açıqlamada qeyd edilir ki, şirkət Çin, Tayland, Brazilya, Hindistan, Rusiya, Qazaxıstan, Azərbaycan, Angola, Malaziya, Nigeriya və İraqın hökumət rəsmilərinə rüşvət verib. Məlumata görə, bu ABŞ, İngiltərə və Braziliyanın korrupsiyaya qarşı mübarizə qüvvələrinin birgə əməkdaşlığı ilə aparılan istintaqlar zamanı aydın olub. Məlum olub ki, şirkət 2000-2013-cü illər ərzində xarici hökumət rəsmilərinə dövlət tenderlərini udmaq qarşılığında 35 milyon dollar rüşvət verib.

Bildirilir ki, ittihamları qəbul edən “Rolls Roys” ABŞ, İngiltərə və Braziliya hökumətlərinə bütövlükdə 800 milyon dollar pul cəzası ödəməlidir.

OXŞAR XƏBƏRLƏR:

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Saytda axtarış

Back to Top