ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

"Bəhram üçün ağ ciyər donoru olmağa qərar verdim" - Hacı Nuran

Baxış Sayı:114

"Bəhram üçün ağ ciyər donoru olmağa qərar verdim" - Hacı NuranAparıcı Hacı Nuran Hüseynov koronavirus infeksiyasına yoluxan Əməkdar artist Bəhram Bağırzadə ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, aparıcı aktyor üçün donor olmaq istədiyini vurğulayıb:

"Bəhram Bağırzadənin vəziyyətinin kritik olması mənim üçün üzücü xəbərdir. Belə anlarda seyirci qalmayacağım hamıya bəllidir. Könüllü olaraq ağ ciyər donoru olmağa qərar verdim. Dost yolunda canımdan can lazımdırsa, əsirgəmərəm, təki bakılı oğlan sağalsın.

Təki mənim ciyərlərim ona nəfəs verməyə qadir olsun. Çünki əlimdən dualardan və ciyərimin bir parçasını verməkdən başqa bir şey gəlmir. Tanrı möcüzə göstərsin, Bəhram... Sən bizə, dostlarına, ailənə, tamaşaçılara çox lazımsan".

Qeyd edək ki, vəziyyəti ağır olan B.Bağırzadə hazırda reanimasiyadadır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR