ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“10 milyon insanın bədbəxtliyi üzərində hakimiyyətə gəlməyi yalnız onlar düşünə bilərdi!” - Rəsul Quliyev

Baxış Sayı:120

“10 milyon insanın bədbəxtliyi üzərində hakimiyyətə gəlməyi yalnız onlar düşünə bilərdi!” - Rəsul Quliyev“10 milyon insanın bədbəxtliyi üzərində hakimiyyətə gəlməyi yalnız onlar düşünə bilərdi!”

realpress.info-ın xəbərinə görə, Azərbaycanın sabiq spikeri Rəsul Quliyev Milli Şuranın son videosu haqqında danışarkən belə deyib.

R.Quliyev qeyd edib ki, Azərbaycanın virus problemi başqa problemlərə marağı aşağı salıb: “Ancaq “Milli Şura” adlanan təşkilatın son iclasından göndərilmiş video (baxmayaraq ki, heç vaxt bu əcaib təşkilata fikir verməyəcəyimə söz vermişdim) məni bu videoya münasibət bildirməyə məcbur etdi. İclasda neftin barelinin 14 dollara düşməsi hadisəsi ilə əlaqədar bir xanım hamını böyük ruh yüksəkliyi ilə onu təbrik etməyə çağırır. Sovet ekonomikasının ABŞ ekonomikasından üstünlünü göstərən və elmi dərəcə alan professor “yox qiymət hələ axıra qədər aşağı düşməyib, düşüb başa çatsın sonra təbrik edərəm” deyir. İlk baxışda nə üçün bu dəli yığıcağından belə bir sayıqlamanın mənə göndərildiyini anlamadım. Özümə sual etdim nə üçün sevinir bu yığıncaq… Çünki neftin qiyməti aşağı düşəcək, müəllimlər, tibb işçiləri və virusla əlaqədar camaata verilən pullar olmayacaq, camaat ayağa qalxacaq (“ac qılınca çapar” prinsipi ilə) bu hökuməti yıxacaq və onları gətirib hakimiyyətə qoyacaq. Bu adamlar bütövlüklə Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin müasir tipajları və personajlarıdır. 1993-cü ildən bütün çıxışlarımda “Neftə ümid edib iqtisadiyyat qurmaq olmaz, neftin qiyməti düşən kimi hər şey darmadağın olacaq” deyirdim. Fikirimcə, onda da, elə indidə bu çıxışların nə demək olduğunu bu qəhrəmanlar anlamır və heç vaxt anlaya bilməyəcəklər. Birincisi, 1999-cu ildən gözlənilmədən neftin qiyməti tədricən 5-6 dəfə qalxdı və dollarlar hakimiyyətdə olanların başına tökülməyə başladı. İqtisadi reformalar əvəzinə, dövlət büdcəsinin 70-80 faizi neft dollarları hesabına formalaşdırıldı və bu gün Azərbaycanda 3.5 milyona yaxın (təhsil, tibb, dövlət orqanlarında çalışanlar, polis, ordu, prokurorluq) insan bu neft dollarlarından maaş alırlar. Böyük miqdarda korrupsiya və rüşvətdən sonra qalan pullar (təqribən 35 milyard dollara yaxın) ölkədə rezerv kimi dayanıb hökumət onu istənilən vaxt istifadə edə bilər. Hakimiyyətə gəlməyin açarını 3.5 milyon adamın və ya ailələri ilə birlikdə 8 milyonun ac yalavac qalmasında axtaran bir ovuc adamı insanlar necə öz aralarında saxlaya bilər, bilmirəm. İkincisi, özünü çox dəhşətli professor sayan birisi neftin qiymətinin bir ay bundan əvvəl aşağı həddə çatdığını, bundan sonra barelin 40-42 dollara qədər qalxacağını, çox sadə bir şeyi analiz edə bilmir, təbrik üçün qiymətin lap aşağı düşməsini gözləyir. Hökümət virusla mübarizəni zəiflətmədən, reformalar barəsində düşünməli və bu reformalara start verməlidir. Bu adamların heç vaxt heç bir vəzifəyə gəlmək şansının olmamasından rahatlaşmamlı və fundamental işlərə başlamalıdır. Bu bir ovucları xalq özü cəmiyyətdən təcrid etməlidir.”

Oxşar xəbərlər
SON XƏBƏRLƏR