ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Koronavirus xəstələrinin əsas əlamətləri və müalicə üsulları - həkim RƏYİ

Baxış Sayı:124

Koronavirus xəstələrinin əsas əlamətləri və müalicə üsulları - həkim RƏYİ“Koronavirus insanlarda müxtəlif klinik simptomlarla özünü biruzə verməkdədir. Ən çox rast gəlinən klinik əlamətlər quru öskürək və təngnəfəslikdir. Eyni zamanda, xəstələrin müəyyən qismində oynaq ağrıları da müşahidə edilir. Nadir hallarda klinik simptomlar sırasında ağız dadında və qoxu hissində dəyişiklik müşahidə olunur”.

“ixatv” xəbər verir ki, bunları Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı “Florence Nightingale” Xəstəxanalar Qrupunun tərkibində fəaliyyət göstərən “Şişli Florence Nightingale” Xəstəxanasında koronaviruslu xəstələri müalicə edən azərbaycanlı həkim Suada Qasımova deyib.

O bildirib ki, xəstəxanaya bu şikayətlərlə gələn xəstələrdə koronavirusdan şübhələnmək və diaqnostika məqsədilə mütləq PCR testi etmək lazımdır: “PCR testi ilə birlikdə mütləq hər iki ciyərin rentgenoqrafiyası çəkilməlidir. PCR testinin nəticəsi neqativ və yüksək dərəcədə COVID-19 şübhəsi olarsa, xəstənin ağciyərlərinin aşağı dozada KT müayinəsi edilməlidir.

Ağciyərlərin KT görüntüsündə buzlu şüşə görünməsi koronavirus diaqnozunda ən vacib və spesifik kriteriyadır. Antikor testləri elisa ilə birlikdə olmadığı təqdirdə diaqnostika etibarlı deyil”.

S.Qasımova qeyd edib ki, diaqnoz qoyulan xəstələrin xəstəxanaya saxlanılmasına qərar verərkən istifadə olunan ən mühüm göstərici oksigen saturasiyasıdır: “Saturasiyası normal olan xəstələrdə hər iki ciyərin yarısından çoxunda tutulma varsa, xəstəxanaya yerləşdirilməsi doğru yanaşmadır. Bundan başqa, ümumi vəziyyəti yaxşı olan bəzi qadın xəstələrə, həkimin klinik qərarına görə yataq rejimi qərarı verilə bilər”.

“Hazırda xəstəxanaya yerləşdirilməyən xəstələrə edilən ən vacib müalicə plaquenil müalicəsidir”- deyən mütəxəssis əlavə edib ki, plaquenillə birlikdə xəstəni ikincili bakterial super infeksiyadan qorumaq məqsədilə müalicəyə sefalosporin ve flüorokinolon qrupundan olan bir antibiotik əlavə oluna bilər: “Xəstəxanaya yerləşdirilən xəstənin müalicəsində isə plaquenillə birlikdə xüsusilə ağciyərlərdə yayılmış tutulma olan xəstələrdə “Favipiravir” preparatı istifadə edilməlidir. Bu ikili müalicəyə baxmayaraq tənəffüs sistemi göstəriciləri düzəlməyən xəstələrdə MAS göstəriciləri varsa, yəni limfopeniya müşahidə olunursa, d-dimer, ferritin və İL-6 yüksəkdirsə, onda bu xəstələrdə müalicədə “Actemra” kimi İL-6 reseptor antaqonist preparatı tətbiq olunur. Bunları istifadə edərkən ilk gün yüklənmə dozası, ikinci və üçüncü gün 2. və 3. dozalar verilərək müalicə başa çatdırılır".

O həmçinin vurğulayıb ki, ağciyərlərdə yayılmış tutulma olan xəstələrdə tənəffüs sistemi problemlərinin düzəlmədiyi və radioloji göstəricilərin artdığı təqdirdə xəstədə kök hüceyrə ilə müalicə düşünülməlidir: “Kök hüceyrə müalicəsində ən ideal üsul 4 gün müddətində gündə bir dəfə olmaqla damardaxili və bir dəfə bronxoskopiya vasitəsilə bronxial kök hüceyrəsi verməkdir. Steroid preparatları ilə müalicə zamanı tənəffüs problemləri yüksək olan xəstələrə hər kq çəkiyə ən çox 2 mq. dərman verilməlidir. Ağciyər fibrozunun qarşısını almaq məqsədi ilə istifadə edilən ən vacib müalicə də kök hüceyrə müalicəsidir. Bu fibroz KT-də bal pətəyi görüntüsü şəklində əks olunur.

Ən vacib əlamət kəskin respirator distress sindromudur və bu zaman xəstəyə supin pozisiyası verilməlidir. Beləliklə, COVID-19 xəstələrinin müalicə və diaqnostikasında kompleks yanaşma tətbiq olunmalı və xəstənin ümumi vəziyyətinə uyğun olaraq həkimin təyinatları davam etdirilməlidir”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR