33

Dmitri Medvedev Mehriban xanım Əliyevaya təbrik məktubu yollayıb

siyaset

Dmitri Medvedev Mehriban xanım Əliyevaya təbrik məktubu yollayıbRusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.

News24.Az bildirir ki, məktubda deyilir:
"Hörmətli Mehriban Arif qızı!
8 Mart münasibətilə səmimi təbriklərimi qəbul edin.
Qadınlar bizim dünyamızı daha parlaq, daha gözəl, daha xeyirxah edirlər. Onlar ailə ocağını qayğı ilə qoruyur, evdə rahatlıq və səliqə yaradırlar. Ən başlıcası, onlar doğmalarına və yaxınlarına həmişə öz qəlblərinin hərarətini bəxş edir, onları qayğı və diqqətlə əhatə edirlər.
Qoy bu gözəl bayram əhval-ruhiyyəsi uzun müddət Sizi tərk etməsin.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm".

OXŞAR XƏBƏRLƏR:

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Saytda axtarış

Back to Top