30

Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş nazirinə başsağlığı verib

siyaset

Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş nazirinə başsağlığı veribPrezident İlham Əliyev Yeni Zelandiyanın Baş naziri Zati-aliləri xanım Casinda Ardernə başsağlığı verib.

News24.Az bildirir ki, məktubda deyilir:

Hörmətli xanım Baş nazir,
Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Biz bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyirik.
Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yeni Zelandiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 mart 2019-cu il.

OXŞAR XƏBƏRLƏR:

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Saytda axtarış

Back to Top