176

Azərbaycan Ədliyyəsinin uğurları

sosial

Azərbaycan Ədliyyəsinin uğurları Lətafət HACIYEVA,
Sabunçu Rayon
Qeydiyyat Şöbəsinin rəisi



Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük inkişaf yolundadır. Ölkəmiz günü-gündən sürətlə inkişaf edir. Keyfiyyətcə yeni mərhələyə qədəm qoyan ölkəmizin heç şübhəsiz hüquq-mühafizə sistemi də bu tələblərə cavab verməli, yeni dövrün tələbləri səviyyəsində fəaliyyət göstərməlidir.
Elə buna görə də Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının həyata keçirilməsi, bir çox yeni demokratik təsisatların aparılması sahəsində qanunvericiliyin təmin edilməsi məqsə-dilə hələ 1996-cı ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Hüquqi İslahatlar Komissiyası yaradılmışdır. Komisslya yaradıldığı gündən bəri ölkəmizin bu günü və gələcəyi ilə bağlı son dərəcə vacib və əhəmiyyətli qanun layihələri hazırlanmışdır.
Xüsusi vurğulamaq istərdik ki, ölkə başçısının müvafiq fərman və sərəncamlarının Ədllyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində son illərdə bir sıra yeni məhkəmə binaları inşa olunmuş, onların maddi-texniki bazası gücləndirilmişdir.
Respublikamız müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider, əbədiyaşar prezidentimiz Heydər Əliyevin rəhbərliyi altında ölkənin hüquq sistemində yeni dövrün tələblərinə uyğun olan hüquqi islahatlar aparılmışdır. Məhz onun göstərişi və təşəbbüsü ilə ədliyyənin fəaliyyətinə xüsusi əhəmiyyət verilmişdir. Elə həmin vaxtlarda ulu öndərin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə ədliyyə işçilərinin fəaliyyətinə yüksək qiymət verilərək - 22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı kimi təsdiq edilmişdir. Bu gün bir də ona görə əlamətdardır ki, məhz həmin gün Azərbay-can Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin əsasnaməsinin təsdiq edildiyi gündür. Bu bayramın keçirilməsinə görə biz əbədiyaşar prezidentimiz, ulu öndər Heydər Əliyevə borcluyuq.
Bu gün ulu öndər Heydər Əliyevin siyasi və iqtisadi kursunu inamla davam etdirən ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğı göstərilir.
Prezident İlham Əliyevin rəhbərllyi ilə ötən vaxt ərzində Ədliyyə Nazirliyinin fəaliyyəti xeyli genişlənmiş, ədliyyənin cəmiyyətdə rolu və əhəmiyyəti xeyli artmışdır. Prezident İlham Əliyevin 18 aprel 2006-cı il tarixli fərmanı ilə "Azərbaycan Respublikasmın Ədliyyə Nazlrliyi haqqında əsasnamə" təsdiq edilmişdir. Bu əsasnamə Ədliyyə Nazirliyinin fəaliyyətinin daha da yaxşılaşdırılmasına xidmət göstərən əsasnamə kimi çox qiymətlidir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Milli Məclisinin 2006-cı il 28 may tarixli iclasında qəbul edilən Qanun da ədliyyə işçiləri üçün çox əhəmiyyətlidir. "Ədliyyə orqanlarında qul-luq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu ədliyyə orqanlarında, idarə və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə şərtlərini və qaydalarını, habelə ədliyyə işçilərinin hüquqi və-ziyyətlərinin əsaslarını müəyyənləşdirir. Bu qanun ölkə başçısı cənab İlham Əliyevin ədliyyə işçilərinə diqqət və qayğısının nəticəsidir.
Yeni qanunların qəbul edilməsi də biz ədliyyə işçilərinə göstərilən etimaddır. Bu qanundan irəli gələn vəzifələri yerinə yetirməklə biz ədliyyə işçiləri əhaliyə hüquqi xidmət göstəririk. Bu gün beynəlxalq aləmdə də ədliyyəmizin nüfuzu artmaqdadır.
Sevindirici haldır ki, Azərbaycan ədliyyəsi bu gün ölkəmizi dünyada, beynəlxalq aləmdə ləyaqətlə təmsil edir. Bu da ilk növbədə hər şeydən əvvəl ulu öndər Heydər Əliyevin məqsədyönlü strategiyasının və Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir.

OXŞAR XƏBƏRLƏR:

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Saytda axtarış

Back to Top